
Gürcüstanın U-21 millisi gənclər arasında Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, “Şamaxı”nın sabiq məşqçisi Ramaz Svanadzenin çalışdırdığı qonşu ölkənin yığması qrupda son oyununu keçirib.
Niderlandla 1:1 hesablı heç-heçə edən komanda 5 xalla A qrupunu lider kimi başa vurub.
Bununla da Gürcüstanın U-21 millisi tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə - 1/4 finala yüksəlib.
4 xalla qrupda 2-ci olan Portuqaliya da pley-off-da oynamaq hüququ qazanıb. Niderland 3 xalla qrupda 3-cü, Belçika isə 2 xalla sonuncu olub.
Gənclər arasında Avropa çempionatı Gürcüstan və Rumıniyada keçirilir.