"Bizi Bakıda qorxulu atmosfer gözləyir" - "Linfild"in baş məşqçisi

24 Avqust 2019 17:20 Avropa çempionatı 887
"Bizi Bakıda qorxulu atmosfer gözləyir" - "Linfild"in baş məşqçisi

"Hesab edirəm ki, "Qarabağ"ı Bakıdakı oyunda 30-35 min azarkeş dəstəkləyəcək. Bizi orada qorxulu atmosfer gözləyir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Linfild"in baş məşqçisi Devid Hili Şimali İrlandiya mətbuatına açıqlamasında deyib. Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıda keçirəcəkləri cavab oyunu haqda danışan gənc mütəxəssis Azərbaycan təmsilçisinin evdə aqressiv oynayacağını bildirib:

"Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra "Qarabağ"ın yalnız bir hədəfi var: Avroliqada qrupa düşmək. Hazırda onların minimum məqsədi budur. "Vindzor Park"dakı qələbəyə baxmayaraq, favorit yenə də "Qarabağ"dır. "Rəqibin səviyyəsi də bunu deməyə əsas verir. Ancaq ilk oyunda qalib gəlməklə, biz özümüzə daha bir şans verdik. Bu, həm mənim, həm də futbolçularım üçün ciddi təcrübə olacaq".

Hili cavab görüşündə daha diqqətli oynamalı olduqlarını söyləyib: "Bakıdakı görüşdə daha yaxşı oynamalıyıq. Bu, tək oyunçulara yox, mənə və köməkçilərimə də aiddir. Səfərə inamla yollanacağıq. Bu yerə gəlib-çatmaq üçün yorulmadan işləmişik. Birinci oyunda qarşıya qoyduğumuz məqəsədə çatdığımız üçün komandamla qürur duyuram".

"Qarabağ" - "Linfild" oyunu avqustun 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti