Paşayev Avstriyanın lehinə 1 penalti verdi, 4 qol saydı

26 Mart 2017 11:44 Avropa çempionatı 655
Paşayev Avstriyanın lehinə 1 penalti verdi, 4 qol saydı

17 yaşadək futbolçular arasında Avropa çempionatında elit mərhələnin oyunları keçirilir. Sportinfo.az xəbər verir ki, 6-cı qrup çərçivəsində baş tutan İsveç - Avstriya matçını azərbaycanlı hakimlər briqadası idarə ediblər.

FİFA referisi Ömər Paşayev bu görüşdə baş hakim funksiyasını yerinə yetiribsə, Namiq Hüseynov yan xətt hakimi kimi olub. Digər yan xətt hakimi funksiyasını isə serbiyalı Deyan Petroviç üzərinə götürüb. Oyun Avstriya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Paşayev bu matçda bir dəfə əlini cibinə atıb. O, görüşün 54-cü dəqiqəsində avstriyalı futbolçuya xəbərdarlıq edib. 55-ci dəqiqədə isə İsveçin qapısına penalti təyin edən FİFA referisinin bu qərarından Şmidt məharətlə yararlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq