AVRO-2024: Millilərin baza düşərgələri harada yerləşəcək?

4 Fevral 02:50 Avropa çempionatı 988
AVRO-2024: Millilərin baza düşərgələri harada yerləşəcək?

Bu il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanan milli komandaların baza düşərgələri təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, final mərhələsində iştirakı dəqiqləşən 21 ölkə yığmasının Almaniyanın hansı bölgəsində hazırlaşacağı bəlli olub.

F qrupunda mübarizə aparacaq Türkiyə yığması Barzinqhauzen şəhərində məskunlaşacaq.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin açılış matçı ev sahibi komanda ilə Şotlandiya arasında oynanılacaq.

Digər komandaların baza düşərgələri aşağıdakı kimidir:

Albaniya – Kamen

Avstriya - Berlin

Belçika - Lüdviqsburq

Xorvatiya – Noyruppin

Çexiya - Norderştedt

Danimarka - Froydenştadt

İngiltərə - Blankenhayn

Fransa - Paderborn

Almaniya - Hertsogenaurax

Macarıstan – Vayler-Zimmerberq

İtaliya - İzerlon

Niderland – Volfsburq

Portuqaliya - Xarzevinkel

Rumıniya - Vürtsburq

Şotlandiya - Qarmiş-Partenkirhen

Serbiya – Auqsburq

Slovakiya – Maynts

Sloveniya – Vuppertal

İspaniya - Donaueşingen

İsveçrə – Ştutqart

Türkiyə – Barzinqhauzen

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!