Türkiyə, Fransa və İngiltərədən zəfər -AVRO-NƏTİCƏLƏR

26 Mart 2019 08:24 Avropa çempionatı 518
Türkiyə, Fransa və İngiltərədən zəfər -AVRO-NƏTİCƏLƏR

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində 2-ci turun növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 oyun baş tutub.

A qrupunda UEFA Millətlər Liqasında qrup qaliblərindən olan Kosovo yığması Bolqarıstanı qəbul edib.

Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Qrupun digər qarşılaşmasında Monteneqro ilə İngiltərə üz-üzə gəlib. İngilislər bu oyundan da darmadağınla ayrılıblar.

B qrupunda Lüksemburq Ukraynanı, Portuqaliya isə Serbiyanı qəbul edib. Ukrayna səfər matçından çətin qələbə ilə ayrılıb. Portuqaliyada baş tutan qarşılaşma isə heç-heçə yekunlaşıb.

Nəhayət, H qrupunda Türkiyə yığması Moldovanı, Andorra Albaniyanı, Fransa İslandiyanı qəbul edib.

Türkiyə və Fransa yığması rəqiblərini 4 cavabsız qolla üstələyib. Albanlar isə səfər matçında darmadağına seviniblər.

A qrupu

Monteneqro – İngiltərə 1:1
Qol: Vesoviç, 17 – Kin, 30. Barkli, 39; 59. Keyn, 71. Sterlinq, 81.

Kosovo – Bolqarıstan 1:1
Qol: Zeneli, 61 – Bojikov, 39.

İngiltərə - 6, Bolqarıstan - 2, Kosovo - 1, Monteneqro - 1, Çexiya - 0.

B qrupu

Portuqaliya – Serbiya 1:1
Qol: Danilo, 42 – Tadiç, 7.

Lüksemburq – Ukrayna 1:2
Qol: Turpel, 34 – Çiqankov, 40. J.Rodriqes, 90-öz qapısına.



Ukrayna – 4, Lüksemburq - 3, Portuqaliya - 2, Serbiya - 1, Litva - 0

H qrupu

Türkiyə – Moldova 4:0
Qol: H.A.Kaldırım, 24. C.Tosun, 26; 53. K.Ayhan, 70.

Fransa – İslandiya 4:0
Qol: Umtiti, 12. Jiru, 68. Mbappe, 78. Qrizmann, 84.

Andorra – Albaniya 0:3
Qol: Sadiku, 21. Balay, 87. Abraşi, 90.

Fransa - 6, Türkiyə - 6, Albaniya - 3, İslandiya - 3, Andorra - 0, Moldova - 0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq