FİFA referisi Əliyar Ağayev 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Polşa - Latviya görüşünü idarə edib.
Sportinfo.az xəbər verir ki, Varşavada "Narodnıy" stadionunda baş tutan qarşılaşmanın ilk yarısında qapılara top vurulmayıb.
Həmyerlimiz fasiləyədək 2 futbolçunu cəzalandırıb. O, 25-ci dəqiqədə polşalı Kşiştof Pyentekə, 36-cı dəqiqədə Kaspars Dubraya sarı vərəqə göstərib.
İkinci hissədə qonaq komandadan Vitali Maksimenko (53-cü dəqiqə) və Yanis İkaunieks (74-cü dəqiqə), meydan sahiblərindən Tomaş Kendzera (69-cu dəqiqə) önündə sarı vərəqə görüb.
Bundan sonra oyunda hesab açılıb ki, 76-cı dəqiqədə Robert Levandovski fərqlənib.
Əliyar matçın əsas vaxtına 6 dəqiqə qalmış daha bir qol qeydə alıb. Glikin dəqiq zərbəsi polşalılara 2:0 hesablı qələbə qazandırıb.
Polşa – Latviya 2:0
Qollar: Robert Levandovski, 76, Kamil Qlik, 84

