Hollandiya Almaniyaya uduzdu - AÇ-2020-də seçmə NƏTİCƏLƏR

25 Mart 2019 08:24 Avropa çempionatı 471
Hollandiya Almaniyaya uduzdu - AÇ-2020-də seçmə NƏTİCƏLƏR

AÇ-2020-nin seçmə mərhələsində 2-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qrup çərçivəsində 10 qarşılaşma keçirilib.

Azərbaycan yığmasının yer aldığı E qrupunda Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı qəbul edib.

İlk turda Azərbaycana doğma meydanda qalib gəlmiş xorvatlar Macarıstan səfərində eyni hesabla məğlub olublar.

Uels isə Slovakiyanı minimal hesabla məğlub edib. Millimiz bu turda meydana çıxmayıb.

Günün mərkəzi oyunu C qrupunda Hollandiya və Almaniya yığmaları arasında baş tutub.

Beş qolun qeydə alındığı matçda almanlar qələbəni bayram ediblər.

Qrupun digər matçında Şimali İrlandiya Belarusu sınağa çəkib. Üç qolluq görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

G qrupunda İsrail Avstriyanı, Sloveniya Makedoniyanı, Polşa Latviyanı qəbul edib.

Polşadakı qarşılaşmanı Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edib.

Sloveniyada heç-heçə qeydə alınıbsa, İsrail və Polşada meydan sahibləri inamlı qələbəyə seviniblər.

I qrupunda isə Qazaxıstan - Rusiya, San-Marino - Şotlandiya, Kipr - Belçika qarşılaşmaları oynanılıb.

Ruslar səfərdə darmadağına seviniblər. Şotlandiya və Belçika isə 2 cavabsız qolla üstün olub.

İ qrupu

Qazaxıstan – Rusiya 0:4
Qol: Çerışev, 19; 45. Dzyuba, 52. Beysebekov, 62-öz qapısına.

San-Marino – Şotlandiya 0:2
Qol: Maklin, 4. Rassel, 74.

Kipr – Belçika 0:2
Qol: Hazard, 10. Batşuayi, 18.

Belçika - 6, Rusiya - 3, Qazaxıstan - 3, Kipr - 3, Şotlandiya - 3, San-Marino - 0.

E qrupu

Uels – Slovakiya 1:0
Qol: Ceyms, 5.

Macarıstan – Xorvatiya 2:1
Qol: Salai, 34. Patkai, 76 – Rebiç, 13.

Slovakiya - 3, Uels - 3, Macarıstan - 3, Xorvatiya - 3, Azərbaycan - 0.

G qrupu

İsrail – Avstriya 4:2
Qol: Zahavi, 34; 45; 55. Dabbur, 66 – Arnautoviç, 8; 75.

Sloveniya – Şimali Makedoniya 1:1
Qol: Zayç, 34 – Bardi, 47.

Polşa – Latviya 2:0
Qol: Levandovski, 76. Qlik, 84.

Polşa - 6, İsrail - 4, Makedoniya - 4, Sloveniya - 2, Avstriya - 0, Latviya - 0.

C qrupu

Şimali İrlandiya – Belarus 2:1
Qol: Evans, 30. Magennis, 87 – Staseviç, 33.

Hollandiya – Almaniya 2:3
Qol: De Liqt, 48. Depay, 63 – Sane, 15. Qnabri, 34. Şults, 90.

Şimali İrlandiya - 6, Almaniya - 3, Hollandiya - 3, Estoniya - 0, Belarus - 0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq