İtaliya, İspaniya, Bosniya və Yunanıstan qələbə qazandı

24 Mart 2019 09:26 Avropa çempionatı 462
İtaliya, İspaniya, Bosniya və Yunanıstan qələbə qazandı

AÇ-2020-nin seçmə mərhələsində 1-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrup çərçivəsində 8 qarşılaşma baş tutub.

F qrupunda mübarizə aparan İspaniya evdə Norveçlə üz-üzə gəlib və çətin qələbəyə sevinib. Qrupda həmçinin Malta - Farer adaları və İsveç - Rumıniya görüşləri baş tutub.

Bu oyunlarda da meydan sahibləri oxşar hesabla üstün olublar. J qrupunun favoriti İtaliya evdə Finlandiyanı sınağa çəkib və inamlı qələbə qazanıb.

Digər oyunlarda Bosniya və Herseqovina Ermənistanı məğlub yola salıbsa, Lixtenşteyn evdə Yunanıstana uduzub.

Daha iki qarşılaşma isə D qrupunda olub. Gürcüstan evdə İsveçrəyə uduzub. İrlandiya isə səfərdə Cəbəllütariqlə qarşılaşmada minimal hesabla üstün olub.


D qrupu

Gürcüstan – İsveçrə 0:2

Qol: Zuber, 57. Zakaria, 80.

Cəbəllütariq – İrlandiya 0:1
Qol: Hendrik, 49.

F qrupu

Malta – Farer adaları 2:1
Qol: Nvoko, 13. Borq, 77-pen – Tomsen, 90.

İsveç – Rumıniya 2:1
Qol: Kayson, 33. Klaesson, 40 – Keseru, 58.

İspaniya – Norveç 2:1
Qol: Rodriqo, 16. S.Ramos, 71-pen – Kinq, 65-pen.

J qrupu

Bosniya və Herseqovina – Ermənistan 2:1
Qol: Kruniç, 33. Miloşeviç, 80 – Mxitaryan, 90-pen.

İtaliya – Finlandiya 2:0
Qol: Barella, 7. Kin, 74.

Lixtenşteyn – Yunanıstan 0:2
Qol: Fortunis, 45. Donis, 80.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq