Millimizin 3 rəqibi də seçmə mərhələdə qələbə qazandı

23 Mart 2019 16:48 Avropa çempionatı 456
Millimizin 3 rəqibi də seçmə mərhələdə qələbə qazandı

Final mərhələsi 2021-ci ildə keçiriləcək 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaqlar komandalar yoldaşlıq oyunları keçiriblər.

Sportinfo.az xəbər verir ki, 3 rəqibimiz özlərini sınaq oyunlarında yoxlayıblar.

Sentyabrın 6-da Bakıda qəbul edəcəyimiz Slovakiyalı gənclər Yunanıstanla üz-üzə gəlib. 7 qolun vurulduğu qarşılaşmada rəqibimiz qələbəyə sevinib – 4:3.

Bundan 4 gün sonra Bakıda qarşılaşacağımız digər rəqibimiz Gürcüstan da qələbəyə sevinib. Qonşularımız Sloveniyanı məyus edib – 3:0.

İsveçrə isə Xorvatiyanı darmdağın edib – 4:1. Seçmə mərhələdə Fransa, İsveçrə, Slovakiya, Gürcüstan və Lixtenşteynlə qarşılaşacaq millimiz ilk matçını iyunun 6-da səfərdə Lixtenşteynə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq