AÇ-2020-nin seçmə mərhələsində ilk turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan evdə Monteneqronu qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri 82-ci dəqiqədə şübhəli penalti qərarından sonra məğlubiyyətdən qaça bilib. Slaveçev 69-cu dəqiqədə meydana daxil olub.
Bolqarıstan - Monteneqro 1:1
Qollar: Todor Nedelev, 82 (pen.) - Stefan Muqoşa, 50

