Türkiyə qalib gəldi, Londonda darmadağın, Portuqaliyadan sülh

23 Mart 2019 08:24 Avropa çempionatı 502
Türkiyə qalib gəldi, Londonda darmadağın, Portuqaliyadan sülh

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ilk turun daha 7 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, A, B və H qruplarında da mübarizəyə start verilib.

A qrupunda Bolqarıstanla Monteneqro qollu bərabərə qalıb. Digər görüşdə İngiltərə Çexiyanı darmadağın edib.

B qrupunda Portuqaliya və Ukrayna arasındakı görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Qonşu Türkiyə yığması H qrupunda birinci oyununa çıxıb. Şenol Günəşin baş məşqçi postuna qayıdışından sonra ilk matçını keçirən “ay-ulduzlular” Albaniyanı səfərdə məğlubiyyətə uğradıb.

Qrupun favoriti olan son dünya çempionu Fransa isə Moldovada ev sahiblərinə asanlıqla qalib gəlib.

A qrupu

Bolqarıstan – Monteneqro - 1:1

Nedelev, 82 (pen.) - Muqoşa, 50

İngiltərə - Çexiya - 5:0

Sterlinq, 24, 62, 68; Harri Keyn, 45+2 (pen.); Kalaş, 84 (avtoqol)

B qrupu

Lüksemburq – Litva - 2:1

Barreyro, 45; Rodriges, 55 - Çernıx, 14

Portuqaliya – Ukrayna - 0:0

H qrupu

Albaniya – Türkiyə - 0:2

Burak Yılmaz, 21; Hakan Çalhanoğlu, 55

Andorra – İslandiya - 0:2

Byarnason, 22; Kyartansson, 80

Moldova – Fransa - 1:4

Ambros, 89 - Qrizmann, 24; Varan, 27; Jiru, 36; Mbappe, 87

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq