O, Hollandiya - Almaniya matçında təqdim olunacaq

13 Mart 2019 08:24 Avropa çempionatı 502
O, Hollandiya - Almaniya matçında təqdim olunacaq

2020-ci ildə keçiriləcək Avropa çempionatının talismanı martın 24-də Amsterdamdakı "Yohan Kroyf Arena"da təqdim olunacaq.

Sportinfo.az xəbər verir ki, talisman AVRO-2020-nin seçmə mərhələsində Hollandiya-Almaniya oyunundan əvvəl göstəriləcək.

Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 iyun - 12 iyul 2020-ci ildə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək.

AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil olunacaq.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar, müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq