Azərbaycan Avro 2020-yə vəsiqə qazansa, 9.25 milyon avro alacaq

22 Dekabr 2018 15:36 Avropa çempionatı 662
Azərbaycan Avro 2020-yə vəsiqə qazansa, 9.25 milyon avro alacaq

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının finalında iştirak edəcək komandaların ümumi mükafatını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ümumi məbləğ 371 milyon avro təşkil edəcək.

Avropa çempionatında iştirak üçün pul mükafatı ötən turnirlə müqayisədə 23 faiz artırılıb. 2016-cı ildə Fransada keçirilmiş yarışda mükafat fondu 301 milyon avro olub.

Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 yığma komandanın hər biri ən azı 9.25 milyon avro alacaq.

Komandalar qrup mərhələsində qələbəyə görə 1.5 milyon, heç-heçə üçün isə 750 min avro qazanacaqlar.

1/8 finala yüksələn komandalara 2 milyon, 1/4 finalçılara 3.25 milyon, yarımfinala vəsiqə qazananlara isə 5 milyon avro ödəniləcək.

Avropa çempionatının qalibi 10 milyon, finalçı isə 7 milyon avro qazanacaq. AVR0-2020-nin qalibi bütün oyunlarını qələbə ilə başa vursa, 34 milyon avro əldə edəcək.

2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq