Azərbaycan AVRO 2020-yə necə hazırlaşır?

5 Dekabr 2018 14:00 Avropa çempionatı 605
Azərbaycan AVRO 2020-yə necə hazırlaşır?

Fransanın Strasburq şəhərində Avropa Şurasının “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında” konvensiyasının daimi komitəsinin nəzdində yaradılan AVRO 2020-yə hazırlıq işçi qrupunun 5-ci görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva görüşdə iştirak edib.

Qeyd edək ki, 13-16 oktyabr tarixlərində Avropa Şurasının daimi komitəsinin nümayəndələri Bakıya səfər edərək Bakı Olimpiya Stadionuna baxış keçirmişdilər.

Nümayəndələr dövlət qurumları (Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti) ilə görüşmüş, idman yarışlarına, futbol oyunlarına hazırlıq və əməliyyat prosesi, AVRO 2020-yə hazırlıq müzakirə edilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq