COP29

Türkiyə Ermənistanla üz-üzə - AVRO-2024-də bu gün

8 Sentyabr 2023 10:20 Avropa çempionatı 653
Türkiyə Ermənistanla üz-üzə - AVRO-2024-də bu gün

Bu gün AVRO-2024-ün seçmə mərhələsində V turun növbəti oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, üç qrupda ümumilkdə 7 görüş baş tutacaq.

A qrupunun favoritləri Şotlandiya və İspaniya səfər matçına çıxacaqlar.

D qrupunun lideri Türkiyə yığması Əskişəhərdə Ermənistanı sınağa çəkəcək. Qrupun digər güclü komandası Xorvatiya isə Latviyanı qəbul edəcək.

Günün mərkəzi qarşılaşması Bratislavada təşkil olunacaq. Dörd turdan sonra itkisiz irəliləyən Portuqaliya özündən 2 xal geri qalan Slovakiyanın qonağı olacaq.

8 sentyabr

A qrupu
20:00. Gürcüstan – İspaniya
22:45. Kipr – Şotlandiya
Xal durumu: Şotlandiya - 12 (4 oyun), Gürcüstan – 4 (3), Norveç – 4 (4), İspaniya – 3 (2), Kipr – 0 (3)

D qrupu
22:45. Türkiyə - Ermənistan
22:45. Xorvatiya – Latviya
Xal durumu: Türkiyə - 9 (4 oyun), Ermənistan – 6 (3), Xorvatiya – 4 (2), Uels – 4 (4), Latviya – 0 (3)

J qrupu
22:45. Slovakiya – Portuqaliya
22:45. Bosniya və Herseqovina – Lixtenşteyn
22:45. Lüksemburq – İslandiya
Xal durumu: Portuqaliya - 12 (4 oyun), Slovakiya – 10 (4), Lüksemburq – 7 (4), Bosniya və Herseqovina – 3 (4), İslandiya – 3 (4), Lixtenşteyn – 0 (4)

Digər Xəbərlər
Xəbər Lenti