Bakıda “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası” ilə bağlı tədbir keçirilib.
“Boulevard Hotel”də baş tutmuş mərasimə AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına təhlükəsizlik əməliyatları hazırlığı ilə əlaqədar Avropa Komissiyasının “Tamaşaçı zorakılığı” üzrə Avropa Konvensiyasının daimi komitəsinin Azərbaycanda məsləhət səfərində olan nümayəndə heyəti qatılıb.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə həmçinin Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi və AFFA-nın əməkdaşları iştirak ediblər.

