Belçika millisi Avropa çempionatına yollanarsa, baş məşqçi Roberto Martinez Tubize şəhərində qalacaq.
Sportinfo.az xəbər verir ki, Martinez məsələ haqda bunları deyib:
"İdeyamız budu ki, bütün şəhərlərə Brüsseldən yollanaq. Avropa çempionatı bir şəhərdə deyil, 13 şəhərdə keçiriləcək.
Tubize şəhərindən onların hər birinə yollanmaq isə minimum üç saatdı. Təkcə Azərbaycana yollanmaq daha çox zaman alır. Burda isə problemli bir şey yoxdu".

