"Qarabağ" üçün millimiz və "Qəbələ"yə uğur gətirməyən adam

19 Avqust 2018 13:59 Avropa çempionatı 645
"Qarabağ" üçün millimiz və "Qəbələ"yə uğur gətirməyən adam

Avropa Liqasının pley-off mərhələsinin "Şerif" (Moldova) - "Qarabağ" matçında baş hakim avstriyalı Harald Lexner olacaq.

Ona Andreas Heydenreix və Maksimilian Kolbitş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulian Vaynberqer yerinə yetirəcək.

Sportinfo.az xəbər verir ki, FİFA referisi ilk dəfə "Qarabağ"ın görüşünü idarə edəcək.

Lexner milli komandamızın 3 oyununa təyinat alıb. Avstriyalı referi 1 seçmə, 2 yoldaşlıq oyununda millimizin matçında fit çalıb.


2015-ci il iyunun 7-də millimizin Serbiyaya 1:4 hesabı ilə uduzduğu görüşdə ədaləti Lexner qoruyub. Həmin ilin sentyabrın 6-da isə Lexner Maltada AÇ-2016-nın seçmə oyununda komandamızı qarşılaşmasında ədalət sahibi olub.

Həmin matçda qalib müəyyənləşməyib – 2:2. Avstriyalı meydan sahiblərinə 1 sarı vərəqə də verib. Lexner millimizin Avstriyada Andorra ilə 0:0 hesablı heç-heçə etdiyi yoxlama qarşılaşmasını da idarə edib.

Harald Lexner klublarımızdan "Qəbələ"nin oyununda ədalət sahibi olub. O, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində "qırmızı-qaralar"ın səfərdə "Anderlext"ə 1:3 hesabı ilə uduzduğu görüşü idarə edib.

Lexner təmsilçimizin heyətində Rikardinyo və Asif Məmmədova, meydan sahiblərindən isə Uroş Spayiçə sarı vərəqə vermişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq