Bu gündən Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədilə seminar başlayıb.
Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Premyer Liqasında iştirak edən klublar, Bakı Olimpiya Stadionu və AFFA-nın əməkdaşları iştirak edir.
Təlim 2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqasının final oyununa və AVRO-2020-nin Azərbaycan paytaxtında təşkil olunacaq 4 qarşılaşmasına hazırlıq çərçivəsində təşkil olunub.
Əsas məqsəd təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdır. Seminar aprelin 16-da başa çatacaq. Analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.

