Qurban Qurbanov millyə AÇ-2020-yə vəsiqəsi qazandırsa…

8 Dekabr 2017 19:36 Avropa çempionatı 851
Qurban Qurbanov millyə AÇ-2020-yə vəsiqəsi qazandırsa…

2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsi çərçivəsində Bakı İtaliyanın paytaxtı Roma ilə birgə A qrupunun oyunlarını qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, bu haqda qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçərnin Nyon şəhərində keçirilmiş iclasında qəbul edilib.

Avropa çempionatının açılış oyunu Roma şəhərindəki Olimpiya stadionunda keçiriləcək.

Ölkəsində final mərhələsinin oyunları təşkil ediləcək milli komanda bu mərhələyə vəsiqə qazanacağı təqdirdə, ən azı iki qrup oyununu doğma meydanda keçirəcək.

Qrup oyunlarından başqa, Bakı Olimpiya Stadionunda 1/4 final mərhələsinin bir oyunu da keçiriləcək. Qrup oyunlarının şəhərlər üzrə bölgüsünü diqqətinizə çatdırırq:

A qrupu: Roma (İtaliya) və Bakı (Azərbaycan)
B qrupu: Sankt-Peterburq (Rusiya) və Kopenhagen (Danimarka)
C qrupu: Amsterdam (Niderland) və Buxarest (Rumıniya)
D qrupu: London (İngiltərə) və Qlazqo (Şotlandiya)
E qrupu: Bilbao (İspaniya) və Dublin (İrlandiya)
F qrupu: Münhen (Almaniya) və Budapeşt (Macarıstan)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq