BOS-da qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu baş tutacaq

29 Noyabr 2017 10:12 Avropa çempionatı 714
BOS-da qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu baş tutacaq

AVRO-2020-nin açılış oyununa ev sahibliyi etməyə namizəd şəhərlərin yekun siyahısı məlum olub.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçın təşkili üçün 5 iddiaçı var.

Bunlar Amsterdam (Hollandiya), Brüssel (Belçika), Qlazqo (Şotlandiya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərləridir. UEFA İcraiyyə Komitəsi qalibin adını dekabrın 7-də açıqlayacaq.

Bu tarixdə baş tutacaq iclasda Brüsselin qitə çempionatının oyunları qəbul etməsi məsələsində də baxılacaq.

12 iyun – 12 iyulda təşkil olunacaq 2020-ci il Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək.

Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlqazo (Şotlandiya) qitə birinciliyinə ev sahibliyi edəcək.

Yarımfinal və final matçları İngiltərənin paytaxtında olacaq. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq