AFFA-dan UEFA-ya: Avropa çempionatının finalı Bakıda olsun

28 Oktyabr 2017 09:31 Avropa çempionatı 724
AFFA-dan UEFA-ya: Avropa çempionatının finalı Bakıda olsun

2020-ci il Avropa çempionatının açılış matçını keçirmək üçün 6 şəhər namizədliyini irəli sürüb. Sportinfo.az xəbər verir ki, bu barədə TASS-a UEFA-nın baş katibi Teodor Teodoridis bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqla (Rusiya) yanaşı, daha 5 şəhər ilk oyunu təşkil etməyə iddialıdı.

UEFA rəsmisi bununla bağlı yekun qərarın qurumun 2018-ci ilin fevralında və ya iyununda baş tutacaq İcraiyyə Komitəsinin iclasında veriləcəyini söyləyib:

“Sankt-Peterburqun şanslarını dəyərləndirmək istəməzdim. UEFA İcraiyyə Komitəsi müəyyən meyarlara əsasən qərar çıxaracaq”.

12 iyun – 12 iyulda təşkil olunacaq Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək. Bakı ilə yanaşı, London, Münhen, Sankt-Peterburq, Roma, Kopenhagen, Buxarest, Amsterdan, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlqazo qitə birinciliyinə ev sahibliyi edəcək. Yarımfinal və final matçları İngiltərənin paytaxtında olacaq.

Bakı da açılışa öz namizədliyini irəli sürüb. AFFA UEFA-nın göndərdiyi müvafiq sorğusuna cavab müsbət olub.

Bununla yanaşı, açılış oyununun Bakı Olimpiya Stadionunda keçirilmə şanslarının az olduğu vurğulanıb. Səbəb kimi 2019-cu ildə Avropa Liqasının final matçının bu arenada təşkil olunacağı göstərilib.

AVRO-2020-nin keçiriləcəyi 13 stadiondan "Uembli" (London) açılış oyununa ev sahibliyi edə bilməz. Çünki bu arenada yarımfinal və final oyunları keçiriləcək.

Bakı Olimpiya Stadionu isə qrup mərhələsinin 3 oyunundan əlavə, "Alyans Arena" (Münhen), "Sankt-Peterburq" və "Olimpiko" (Roma) stadionları ilə birgə 1/4 final görüşlərinə ev sahibliyi edəcək. Bu şəhərlərdən Sankt-Peterburq artıq namizədliyini irəli sürüb.

Qalan 5 namizədin də böyük stadionlara malik şəhərlərdən biri olacağı gözlənilir. 68700 nəfərlik Bakı Olimpiya Stadionu oyunlara ev sahibliyi edəcək digər 8 arenanı tamaşaçı tutumunda üstələyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq