COP29

“Onu hara qoysaq, oynaya bilər”

10 İyun 22:00 Avropa çempionatı 356
“Onu hara qoysaq, oynaya bilər”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AÇ-2024-dən əvvəl komandanın müdafiəçisi Yoşko Qvardiol haqda fikirlərini bölüşüb.

Sportinfo.az Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, xorvat çalışdırıcı, “Mançester Siti”nin müdafiəçisinin çox yönlü olduğunu bildirib:

“O, həqiqətən çox yönlüdür, gücü, enerjisi var və biz ona sol cinahda ehtiyacımız olduğunu düşünürük. Çünki o, hücumda iştirak edə və arxada hər şeyə nəzarət edə bilər.

Son aylar bunu təsdiqlədi. Onu hara qoysaq, istənilən mövqedə oynaya bilər.

O, indinin və gələcəyin oyunçusudur. Qvardiol şübhəsiz ki, dünyanın ən yaxşısı olmasa da, ən yaxşı müdafiəçilərindən birinə çevriləcək”.

2024-cü ilin Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Xorvatiya millisi İspaniya, İtaliya və Albaniya ilə eyni qrupda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"