COP29

İspanların AÇ-2024 üçün yekun heyətində ADLARA BAXIN!

7 İyun 22:00 Avropa çempionatı 476
İspanların AÇ-2024 üçün yekun heyətində ADLARA BAXIN!

İspaniya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Luis De La Fuente siyahıya 26 oyunçunun adını daxil edib.

Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”), Aleks Remiro (“Real Sosyedad”).

Müdafiəçilər: Dani Karvahal (“Real”), Xesus Navas (“Sevilya”), Emerik Laport (“Əl-Nəsr”), Robin Le Norman (“Real Sosyedad”), Dani Vivian (“Atletik”), Alexandro Qrimaldo (“Bayer”), Naço Fernandes (“Real”), Mark Kukurella (“Çelsi”).

Yarımmüdafiəçilər: Rodriqo Ernandes (“Mançester Siti”), Martin Subimendi, Mikel Merino (“Real Sosyedad”), Fabian Ruis (PSJ), Aleks Baena (“Vilyarreal”), Pedri (“Barselona”), Fermin Lopes (“Barselona”).

Hücumçular: Lamin Yamal (“Barselona”), Niko Uilyams (“Atletik”), Dani Olmo (“Leyptsiq”), Mikel Oyarsabal (“Real Sosyedad”), Xoselu (“Real”), Alvaro Morata (“Atletiko”), Ferran Torres (“Barselona”), Ayose Peres (“Betis”).

İspaniya yığması 14 iyun-14 iyul aralığında baş tutacaq AÇ-2024-ün B qrupunda İtaliya, Xorvatiya və Albaniya milliləri ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti