“Mən ondan qorxuram? Heç nədən qorxmuram, özümə arxayınam”

7 İyun 2024 00:00 Avropa çempionatı 489
“Mən ondan qorxuram? Heç nədən qorxmuram, özümə arxayınam”

“Real”ın və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa AÇ-2024-ə dəvət alan Nqolo Kante ilə eyni mövqedə rəqabət aparmalı olmasından danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu, heç nədən qorxmadığını bildirib:

“Mən Kantedən qorxuram? Heç nədən qorxmuram, özümə arxayınam.

Kante əla oyunçudur. Komandada, xüsusən də, bu səviyyədə sağlam rəqabətin olması çox vacibdir”.

Kante 2023-cü ilin yayından Səudiyyə Ərəbistanında – “Əl-İttifaq”da çıxış edir. Lakin bu, fransalı futbolçuya Almaniyada keçiriləcək Avropa çempionatına baş məşqçi Didye Deşamdan dəvət almasına mane olmayıb.

Kamavinqa “Real”la üç mövsümdə iki dəfə Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”