COP29

"Mümkün qədər uzağa getmək üçün..." - Məşhur hücumçunun arzusu

1 İyun 10:20 Avropa çempionatı 317
"Mümkün qədər uzağa getmək üçün..." - Məşhur hücumçunun arzusu

Fransa millisinin hücumçusu Antuan Qrizmann qarşıdan gələn 2024-cü il Avropa çempionatında hədəflərindən danışıb.

Sportinfo.az “Footmercato”-ya istinadən xəbər verir ki, fransalı forvard AÇ-2024-ün qalibi olmaq istədiyini bildirib:

“Mən bu turnirin qalibi olmaq istəyirəm. 2016-cı ildə kuboka çox yaxın olduğumuz üçün ağrı hiss etdim.

Qarşıdan gələn turnirə böyük arzu və həvəslə baxıram. Biz mütəşəkkil komanda olmalıyıq.

Mümkün qədər uzağa getmək üçün bütün duellərdə qalib gəlməli və yaxşı müdafiə olunmalıyıq”.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransızlar qrup mərhələsində Niderland, Polşa və Avstriya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?