COP29

AÇ-2024 üçün yekun heyəti açıqlandı - Macarıstan millisinin

15 May 00:00 Avropa çempionatı 207
AÇ-2024 üçün yekun heyəti açıqlandı - Macarıstan millisinin

Avropa çempionatında iştirak edəcək futbol üzrə Macarıstan milli komandasının heyəti açıqlanıb.

Sportinfo/az xəbər verir ki, yığmanın yekun heyətində 26 futbolçu yer alıb.

Qapıçılar: Deneş Dibuş (“Ferentsvaroş”), Peter Qulaçi (“Leyptsiq”), Peter Sappanoş (“Pakş”);

Müdafiəçilər: Botond Baloq (“Parma”), Endre Botka (“Ferentsvaroş”), Marton Dardai (“Herta”), Attila Fiola (“Fehervar”), Adam Lanq (“Omoniya”), Villi Orban (“Leyptsiq”), Attila Salai (“Frayburq”);

Yarımmüdafiəçilər: Bendequz Bolla (“Servett”), Mihayli Kata (MTK), Miloş Kerkez (“Bornmut”), Laslo Klaynhaysler (“Hayduk”), Adam Nad (“Spetsiya”), Jolt Nad (“Puşkaş Akademiya”), Loik Neqo (“Havr”), Andraş Şefer (“Union”), Kallum Staylz (“Sanderlend”);

Hücumçular: Martin Adam (“Ulsan Hyundai”), Kevin Çobot (“Uypeşt”), Daniel Qazdaq (“Filadelfiya Union”), Kristofer Horvat (“Keçkemeti”), Roland Sallai (“Frayburq”), Dominik Soboslai (“Liverpul”), Barnabas Varqa (“Ferentsvaroş”).

İyunun 14-də start götürəcək AÇ-2024-ün oyunlarına iyulun 15-də yekun vurulacaq. Macarıstan millisinin qrupdakı rəqibləri Almaniya, İsveçrə və Şotlandiya yığmaları olacaq.

Digər Xəbərlər
Xəbər Lenti