COP29

UEFA AVRO-2024-ün rəsmi mahnısını təqdim etdi

12 May 10:15 Avropa çempionatı 365
UEFA AVRO-2024-ün rəsmi mahnısını təqdim etdi

AVRO-2024-ün rəsmi mahnısı təqdim edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat verilib.

Bildirilib ki, mahnını italyan elektron triosu Meduza, “Qremmi” mükafatına namizəd ABŞ pop-rok qrupu “OneRepublic” və alman müğənni “Leony” təqdim edib.

“Fire” (alov) adlanan ifanı azarkeşlər iyulun 14-də Berlindəki Olimpiya Stadionunda AVRO-2024-ün bağlanış mərasimində, üç sənətçinin ifa etdiyi mahnını canlı dinləmək imkanı əldə edəcəklər.

AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Berlin, Köln, Frankfurt-Mayn, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen, Ştutqart və Dortmundda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"