Məşhur qapıçı Avro-2024-də olmayacaq

2 May 2024 01:30 Avropa çempionatı 647
Məşhur qapıçı Avro-2024-də olmayacaq

“Real”ın qapıçısı Tibo Kurtua Belçika millisinin Avro-2024 üçün heyətində yer almayacaq.

Sportinfo.az “Kicker”ə istinadən xəbər verir ki, bu barədə Belçika millisinin baş məşqçisi Domeniko Tedesko danışıb.

O, 31 yaşlı qolkiperin aldığı ardıcıl zədələr səbəbbindən komandaya çağırılmayacağını bildirib.

Cari mövsümün əvvəlində çarpaz bağlarını zədələyən Tibo Kurtua uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. O, yaşıl meydanlara qayıtdıqdan dərhal sonra yenidən zədələnib. Kurtua bu mövsüm ümumilikdə 48 matçı buraxıb.

Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?