Komandaları iclas çağırdılar, yeni qərar veriləcək - Çempionata görə

30 Mart 03:20 Avropa çempionatı 196
Komandaları iclas çağırdılar, yeni qərar veriləcək - Çempionata görə

Avro-2024-də milli komandaların sifariş ərizəsinə daxil edilən oyunçuların sayını artırıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Athletic” saytı məlumat yayıb.

Hazırda məşqçilər korpusu final mərhələsinə üçün heyətə yalnız 23 futbolçu dəvət edə bilər. Lakin qarşıdakı yarışda UEFA-nın bu rəqəmi 26 futbolçuya çatdıracağı istisna olunmur.

Qeyd olunur ki, UEFA bəzi milli komanda rəhbərlərinin, o cümlədən ingiltərəli Qaret Sautqeytin bununla bağlı istəklərini nəzərə alıb. Qurum bu məsələni müzakirə etmək üçün digər iştirakçı komandaların rəhbərliyi görüş keçirməyi planlaşdırır.

"İştirakçı komandalarla görüş aprelin 8-də keçiriləcək, daha sonra UEFA məşqçilərin fikirlərini dinləyəcək.

Bundan sonra bununla bağlı istənilən ideya nəzərdən keçiriləcək və sonra buna uyğun qərar veriləcək", - deyə mənbə UEFA nümayəndəsindən sitat gətirib.

Avro-2024 14 iyun - 14 iyulda Almaniyada keçiriləcək.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"