1600-dən çox azarkeşə ölkədən çıxmaq qadağan ediləcək

27 Mart 10:00 Avropa çempionatı 4 094
1600-dən çox azarkeşə ölkədən çıxmaq qadağan ediləcək

Qeyri-qanuni fəaliyyətlə məşğul olan 1600-dən çox Böyük Britaniya futbol azarkeşinin bu ilin yayında keçiriləcək 2024-cü il Avropa çempionatı üçün ölkədən çıxışı qadağan ediləcək.

Sportinfo.az xəbər verir ki, bu azarkeşlər pasportlarını təhvil verməyə məcbur olacaqlar.

Azarkeşlər turnirin keçiriləcəyi Almaniya ərazisinə səfər etsələr, onları 6 ay həbs və ya külli miqdarda cərimə gözləyir. Bu azarkeşlər Böyük Britaniyanı yalnız xüsusi icazə ilə tərk edə biləcəklər.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək. İngiltərə millisi Sloveniya, Danimarka və Serbiya yığmaları ilə eyni qrupda çıxış edəcək.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!