Avro-2024-ə vəsiqə qazanan son 3 komanda da məlum oldu

27 Mart 02:40 Avropa çempionatı 510
Avro-2024-ə vəsiqə qazanan son 3 komanda da məlum oldu

Bu gün Avro-2024-ün son üç iştirakçısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, pley-offun finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltiər seriyasında isə daha dəqiq olan (4:2) Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib.

Gürcüstanın əlledici penalti zərbəsini vaxtilə Azərbaycanda "İnter" və "Qəbələ"də çıxış etmiş Nika Kvekveskiri vurub. Gürcüstan Avropa çempionatında F qrupunda Portuqaliya, Türkiyə, Çexiya ilə mübarizə aparacaq.

Günün digər oyunlarında Ukrayna İslandiyanı 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ə vəsiqə qazanıb. Ukrayna E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək.

Polşa isə Uelslə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.

Polşa penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək Avro-2024-də oynamaq hüququ qazanıb. Milli D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Gürcüstan - Yunanıstan - 0:0 (penaltilər seriyası - 4:2)

Qırmızı vərəqə: Giorgi Loria, 45+3 (Gürcüstan)

Ukrayna - İslandiya - 2:1
Qollar
: Qudmundsson, 30 (0:1), Tsuqankov, 54 (1:1), Mudruk, 84 (2:1)

Uels - Polşa - 0:0 (penaltilər seriyası - 4:5)

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"