Azərbaycanda 2 klubda çıxış etdi, Gürcüstanı ilk dəfə Avro-2024-ə apardı - VİDEOLAR

27 Mart 2024 00:30 Avropa çempionatı 2 855
Azərbaycanda 2 klubda çıxış etdi, Gürcüstanı ilk dəfə Avro-2024-ə apardı - VİDEOLAR

Bu gün Avro-2024-ün son üç iştirakçısı müəyyənləşir.

Sportinfo.az xəbər verir ki, pley-offun finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltiər seriyasında isə daha dəqiq olan (4:2) Gürcüstan tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib.

Gürcüstan yığmasının həlledici penalti zərbəsini vaxtilə Azərbaycanda "İnter" və "Qəbələ"də çıxış etmiş Nika Kvekveskiri vurub.

Günün digər oyunlarında Ukrayna İslandiya ilə, Polşa isə Uelslə qarşılaşacaq.

Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Gürcüstan - Yunanıstan - 0:0 (Penaltilər - 4:2)

Qırmızı vərəqə: Giorgi Loria, 45+3 (Gürcüstan)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq