“Nə yaxşı ki, qalib gəldik”

23 Mart 01:40 Avropa çempionatı 247
“Nə yaxşı ki, qalib gəldik”

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Bosniya və Herseqovina yığması ilə 2024-cü il Avropa çempionatının seçmə oyununda (2:1) qazandıqları qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, o, qarşılaşmanın çətin keçdiyini bildirib:

“Son 15 dəqiqədə oyunu dəyişdik. Bosniya və Herseqovina yığması oyun strukturunu dəyişdi və üç mərkəz müdafiəçisi ilə oynadı.

Çətin oyun idi. Çünki meydan sahibləri çox yaxşı müdafiə olunurdu, ona görə də, müdafiə xəttini qırmaq çətin idi. Nə yaxşı ki, qalib gəldik”.

Martın 21-də Bosniya və Herseqovina və Ukrayna milli komandalarının qarşılaşdığı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində B yolunun yarımfinal oyunu baş tutub.

Komandalar Bosniya və Herseqovinanın Zenitsa şəhərindəki “Bilino Polye” stadionunda qarşılaşıblar.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!