Bu komandalar Avro-2024-ün pley-off mərhələsinin finalçıları oldu

22 Mart 01:50 Avropa çempionatı 392
Bu komandalar Avro-2024-ün pley-off mərhələsinin finalçıları oldu

Avro-2024-ün final mərhələsinə vəsiqə uğrunda pley-offun yarımfinal oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Millətlər Liqası xəttindən daha 3 komanda final mərhələsinə vəsiqə qazanacaq.

Yarımfinalda A Liqasında Polşa Estoniyanı 5:1, Uels Finlandiyanı 4:1,

B Liqasında Ukrayna Bosniya və Herseqovinanı 2:1, İslandiya İsraili 4:1, C Liqasında Gürcüstan Lüksemburqu 2:0, Yunanıstan Qazaxıstanı 5:0 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Finallar isə martın 26-ı olacaq. Finalın üç qalibi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

A Liqası

Polşa - Estoniya - 5:1
Qollar:
Frankovski, 22 (1:0), Zielinski, 50 (2:0), Piotrovski, 70 (3:0), Mets, 74-avtoqol (4:0), Szumanski, 76 (5:0), Vetkal, 78 (5:1)
Qırmızı vərəqə: Paskotsi, 27 (Estoniya)

Uels - Finlandiya - 4:1
Qollar
: Bruks, 3 (1:0), Villiams, 38 (2:0), Pukki, 45 (2:1), Conson, 47 (3:1), Ceyms, 86 (4:1)

B Liqası

Bosniya və Herseqovina - Ukrayna - 1:2
Qollar:
Matvienko, 57-avtoqol (1:0), Yaremçuk, 85 (1:1), Dovbuk, 88 (1:2)

İsrail - İslandiya - 1:4
Qollar:
Zahavi, 31-pen. (1:0), Qudmundsson, 39 (1:1), Traustason, 42 (1:2), Qudmundsson, 83 (1:3), 87 (1:4)
Qırmızı vərəqə: Revivo, 73 (İsrail)

C Liqası

21:00 Gürcüstan - Lüksemburq - 2:0
Qollar
: Zivzivadze, 41, 64
Qırmızı vərəqə: Maksime Çanot, 58 (Lüksemburq)

23:45. Yunanıstan - Qazaxıstan - 5:0
Qollar:
Bakasetas, 9-pen. Pelkas, 15, İonnidis, 37, Kourbelis, 40, Tapalov, 87-avtoqol

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"