İspaniya millisi AÇ-2024 üçün əsas formasını təqdim etdi – FOTO

15 Mart 00:20 Avropa çempionatı 193
İspaniya millisi AÇ-2024 üçün əsas formasını təqdim etdi – FOTO

İspaniya millisi bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatı üçün əsas formasını təqdim edib.

Sportinfo.az xəbər verir ki, İspaniya millisinin texniki sponsoru Almaniyanın “Adidas” şirkəti olacaq.

İspaniya millisi AÇ-2024-də B qrupunda mübarizə aparacaq. Luis de la Fuentenin komandası İtaliya, Xorvatiya və Albaniya yığmaları ilə qarşılaşacaq.

İspaniya milli komandası üç dəfə – 1964, 2008 və 2012-ci illərdə Avropa çempionatının qalibi olub.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!