2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi İrlandiyanın paytaxtı Dublində keçiriləcək. Sportinfo.az xəbər verir ki, tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq.
Dublinə yollanacaq 650 qonaq arasında iştirakçı ölkələrdən 300 nümayəndə yer alacaq. Habelə, 350 KİV nümayəndəsinin qatılacağı tədbir canlı yayımla dünyada 150 milyon nəfərlik auditoriyaya çatdırılacaq.
Avropa çempionatının oyunları Avropanın 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. Yarımfinal və final matçlarını İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionu qəbul edəcək.

