COP29

AÇ-2024-də oynaya bilər - “Real”ın zədəli müdafiəçisi

28 Fevral 21:40 Avropa çempionatı 338
AÇ-2024-də oynaya bilər - “Real”ın zədəli müdafiəçisi

“Real”ın müdafiəçisi David Alaba ön çarpaz bağın yırtılmasından gözləniləndən tez sağalmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçunun AÇ-2024-də oynayacağı gözlənilir.

Bildirilib ki, Alaba bərpa dövründə yorulmadan çalışır, əzələlərini gücləndirmək üçün hovuzda çoxlu vaxt keçirir.

Əvvəlcə həkimlər Alabanın qarşıdakı Avropa çempionatında oynama ehtimalını istisna etsə də, indi futbolçunun belə şansı var.

Alaba 2021-ci ildən “Real”da oynayır. O, 2009-cu ildən Avstriya millisində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!