“İndi bizim milliyə başqa cür baxırlar” - VİDEO

23 Yanvar 2024 00:10 Avropa çempionatı 603
“İndi bizim milliyə başqa cür baxırlar” - VİDEO

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inin hücumçusu Kriştiano Ronaldo qarşıdan gələn AÇ-2024 öncəsi yığma komandasının gücünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı forvard çempionatda qalib gələcəklərinə inandığını bildirib:

“Mənim üçün turnirdə qələbəyə iddialı olmaq yarışın favoriti olmaqla eyni şeyi ifadə edir. Nəzərə almaq lazımdır ki, biz bəlkə d, AÇ-2016-da favorit deyildik.

Amma bu turniri qazandıq. Biz AÇ-2024-ün də qalibi olmağa qadirik.

İndi Portuqaliya millisinə başqa cür baxırlar. Biz Avropa çempionatını qazanacağımıza inanırıq”.

AÇ-2024-ün qrup mərhələsində Portuqaliya millisi Türkiyə, Çexiya və pley-off mərhələsi vasitəsilə turnirə vəsiqə qazanan digər komanda ilə qarşılaşacaq. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq