Millimizə 4 qol vurdu, 2023-cü ilin ən çox fərqlənən futbolçusu oldu

14 Yanvar 03:20 Avropa çempionatı 332
Millimizə 4 qol vurdu, 2023-cü ilin ən çox fərqlənən futbolçusu oldu

2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular bəlli olub.

Sportinfo.az xəbər verir ki, siyahıya belçikalı hücumçu Romelu Lukaku başçılıq edir.

Mövsümün əvvəlində “İnter”dən “Roma”ya keçən 30 yaşlı forvard avrokuboklarda və millidə 22 (15 yığma, 7 klub) dəfə fərqlənib.

O, ölkəsinin əsas komandasının sonuncu qollarını Azərbaycana vurub. Lukaku AVRO-2024-ün seçmə mərhələsinin Brüsseldə keçirilən axırıncı turunda Şahruddin Məhəmmədəliyevin qoruduğu qapıdan 4 top keçirib.

“Mançester Siti”nin və Norveç yığmasının forvardı Erlinq Holand 18 qolla (6 yığma, 12 klub) ikinci, Portuqaliya təmsilçisi “Portu”da çıxış edən iranlı Mehdi Taremi 14 qolla (12 yığma, 2 klub) üçüncü olub.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!