AVRO-2024-ün favorit "10-luğ"u

1 Yanvar 02:30 Avropa çempionatı 806
AVRO-2024-ün favorit "10-luğ"u

Bu il iyunun 4-də Avropa çempionatının final mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, bukmeker kontorları turnirin qalibi olmağa əsas namizədləri müəyyənləşdiriblər.

Analitiklər Fransa və İngiltərə yığmalarını turnirdə qələbəyə əsas namizədlər hesab edirlər. Bu komandaların final əmsalı 4,50-dir.

Favoritlər arasında üçüncü yeri turnirin ev sahibi - Almaniya millisi tutur. Almanların qələbəsinə mərclər 7.00 əmsalı ilə qəbul edilir.

Favoritlərin "beşliy"inə İspaniya və Portuqaliya milliləri də düşüb. İspaniyanın qələbə əmsalı 8.00, Portuqaliyanın qələbə əmsalı 9.00-dur.

AVRO-2024 favorit "10-luğ"u:
İngiltərə - 4.50
Fransa - 4.50
Almaniya - 7.00
İspaniya - 8.00
Portuqaliya - 9.00
Ətraflı
İtaliya - 17.00
Belçika - 17.00
Niderland - 17.00
Danimarka - 33.00
Xorvatiya - 33.00

Turnirin qruplarının tərkibi belədir:

A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə
B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya
C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya
D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)
E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)
F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"