Toplar əllə müdaxiləni avtomatik qeydə alacaq - Avropa çempionatında

6 Dekabr 2023 00:10 Avropa çempionatı 377
Toplar əllə müdaxiləni avtomatik qeydə alacaq - Avropa çempionatında

2024-cü ildə keçiriləcək Avropa çempionatında “Adidas” şirkətinin hazırladığı toplara yeni texnologiya quraşdırılacaq.

Sportinfo.az xəbər verir ki, quraşdırılmış çiplər hücum zamanı topa əllə müdaxilə edilib-edilməyəcəyini bildirəcək.

Bu sistem yeni 3D texnoligiyası ilə birlikdə real vaxtda futbolçuların vizual obrazını canlandırmaq keyfiyyətinə malikdir.

Bundan başqa, çip topa zərbənin dəqiq vaxtını da müəyyən edəcək ki, bu da hakimlərə ofsaydın yoxlanılması zamanı yardım göstərəcək.

Avropa çempionatı gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!