Final mərhələsi iki ölkədə keçiriləcək - AÇ-2026-nın

4 Dekabr 2023 02:30 Avropa çempionatı 882
Final mərhələsi iki ölkədə keçiriləcək - AÇ-2026-nın

Futzal üzrə 2026-cı ildə Avropa çempionatının final mərhələsi iki şəhərdə - Riqada (Latviya) və Kaunasda (Litva) keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Oyunlar 2026-cı il yanvarın 18-dən fevralın 8-dək keçiriləcək.

Riqa Arena 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə evsahibliyi edib.

Kaunas Arena isə daha mötəbər yarışı qəbul edib. Şəhərin ikinci böyük arenasında DÇ-2021-in final mərhələsinin 22 matçı keçirilib ki, bura açılış və bağlaşın matçları da daxildir.

Final mərhələsində 16 komanda iştirak edəcək ki, onlardan 14-ü seçmə mərhələlərdən vəsiqə qazanacaq. Seçmə mərhələnin oyunları gələn il aprelindən 2025-ci ilin sentyabrına qədər davam edəcək.

Buna qədər AÇ-nin final mərhələsinə Niderland (2022), Sloveniya (2018), Serbiya (2016), Belçika (2014), Xorvatiya (2012), Macarıstan (2010), Portuqaliya (2007), Çexiya (2005), İtaliya (2003), Rusiya (2001) və İspaniya (1999 və 1996) evsahibliyi edib.

Millimiz 2010-cu ildən başlayaraq ardıcıl 6 dəfə AÇ-nin final mərhələsində iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”