AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq - BU GÜN

2 Dekabr 2023 10:00 Avropa çempionatı 507
AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq - BU GÜN

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, Hamburqda gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Püşkatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C yollarından gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

AVRO-2024 səbətlər:

I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə;

II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya;

III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A yolunda pley-off qalibi, B yolunda pley-off qalibi, C yolunda pley-off qalibi.

Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti