Beş komandanın adını çəkdi - De Byazinin favoritləri

28 Noyabr 2023 14:20 Avropa çempionatı 706
Beş komandanın adını çəkdi - De Byazinin favoritləri

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi Avro-2024-lə bağlı fikirlərini bildirib.

İtaliyalı "Cityrumors" nəşrinə açıqlamasında qeyd edib ki, hazırda qarşıdakı yarışla bağlı proqnoq vermək doğru olmaz.

"İtaliya o komandadır ki, qazandığı titulu qorumalıdır və bunu yaxşı oyunla etməlidir. Üstəlik "Adzurra" həlledici anlarda hər şeyə qadir komandadır" - deyə o qeyd edib.

De Byazinin favoritlər haqda danışarkən deyib:

"Fransa, İngiltərə, Belçika və Portuqaliya qalib olmaq üçün daha çox cəhd edəcək. Amma mən ümid edirəm ki, bu proqnoz özünü doğrultmayacaq və məhz İtaliya 2021-ci ildə qazandığı titulu qorumağa çalışacaq".

Avro-2024 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”