AVRO-2024-ü buraxan ən bahalı heyətə malik komandalar

26 Noyabr 2023 19:25 Avropa çempionatı 546
AVRO-2024-ü buraxan ən bahalı heyətə malik komandalar

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsini buraxacaq ən bahalı heyətə malik milli komandalar bəlli olub.

Sportinfo.az xəbər verir ki, reytinqə 335,4 milyon avro ilə Norveç yığması başçılıq edir.

İsveç (206,9 milyon avro) ikinci, İrlandiya (161,6 milyon avro) üçüncü pillədə qərarlaşıb. İlk "5-liy"i Rusiya (157,3 milyon avro) və Şimali Makedoniya (54,5 milyon avro) yığmaları qapayır.

Rusiya UEFA-nın qərarına əsasən Ukrayna ilə müharibə səbəbindən AVRO-2024-ün seçmə mərhələsində iştirak etməyib.

Digər Xəbərlər
Xəbər Lenti