Xorvatiya, yoxsa Uels AVRO-2024-ə vəsiqə qazanacaq? - BU GÜN

21 Noyabr 2023 12:20 Avropa çempionatı 546
Xorvatiya, yoxsa Uels AVRO-2024-ə vəsiqə qazanacaq? - BU GÜN

AVRO-2024-ün seçmə mərhələsinə bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son gündə B, D və İ qruplarında X turun oyunları keçiriləcək.

Həmin qruplarda Fransa, Niderland, Türkiyə, Rumıniya və İsveçrə final mərhələsinə vəsiqəni öncədən rəsmiləşdiriblər. Bu gün isə onlara ya Xorvatiya, ya da Uels qoşulacaq.

D qrupunda yer alan xorvatlar doğma məkanda Ermənistanı məğlub edərsə, Almaniyada təşkil olunacaq qitə birinciliyinə yollanacaq.

Lakin bu komandanın büdrəməsi və Uelsin Türkiyə üzərində qələbəsi britaniyalıların önünü açacaq.

21 noyabr

B qrupu
23:45. Cəbəllütariq – Niderland
23:45. Yunanıstan – Fransa
Xal durumu: Fransa – 21, Niderland – 15, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq - 0.

D qrupu
23:45. Xorvatiya – Ermənistan
23:45. Uels – Türkiyə
Xal durumu: Türkiyə - 16, Xorvatiya – 13, Uels – 11, Ermənistan – 8, Latviya - 3.

İ qrupu
23:45. Andorra – İsrail
23:45. Kosovo – Belarus
23:45. Rumıniya – İsveçrə
Xal durumu: Rumıniya – 19, İsveçrə - 17, İsrail – 12, Kosovo – 11, Belarus – 9, Andorra - 2.

Digər Xəbərlər
Xəbər Lenti