Azərbaycan pley-off şansını itirdi, daha 3 ölkə AÇ-2024-də - NƏTİCƏLƏR

21 Noyabr 2023 02:00 Avropa çempionatı 788
Azərbaycan pley-off şansını itirdi, daha 3 ölkə AÇ-2024-də - NƏTİCƏLƏR

AÇ-2024-ün seçmə mərhələsində sonuncu turun növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün daha 3 qrupda mübarizəyə yekun vurulub.

C qrupunda İtaliya, E qrupunda Çexiya, H qrupunda Sloveniya final mərhələsinə vəsiqəni təmin edib.

Qazaxıstanın Sloveniyaya uduzması nəticəsində Azərbaycan millisi AÇ-2024-ə vəsiqə uğrunda pley-off şansını itirib.

20 noyabr

C qrupu

Ukrayna – İtaliya 0:0

Şimali Makedoniya – İngiltərə 1:1
Qollar: Bardi, 41 – Keyn, 59.

Xal: İngiltərə – 20. İtaliya – 14. Ukrayna – 14. Şimali Makedoniya – 8. Malta – 0.

E qrupu

Albaniya – Farer adaları 0:0

Çexiya – Moldova 3:0
Qollar: Doudera, 14. Çori, 72. Souçek, 90.

Xal: Albaniya – 15. Çexiya – 15. Polşa – 11. Moldova – 10. Farer adaları – 2.

H qrupu

Şimali İrlandiya – Danimarka 2:0
Qollar: Prays, 60. Çarlz, 81.

San Marino – Finlandiya 1:2
Qollar
: Berardi, 90+7-pen – Soiri, 50; 58.

Sloveniya – Qazaxıstan 2:1
Qollar
: Şeşko, 41-pen. Verbiç, 86 – Orazov, 48.

Xal: Danimarka – 22. Sloveniya – 22. Qazaxıstan – 18. Finlandiya – 18. Şimali İrlandiya – 9. San Marino – 0.

Digər Xəbərlər
Xəbər Lenti