
Serbiya Avropa çempionatına vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, serblər qrupun son turunda evdə Bolqarıstanla qarşılaşıb və görüş 2:2 hesabı ilə başa çatıb.
Qrupun digər matçında Monteneqronun Macarıstana uduzmasından sonra serblər final mərhələsinə vəsiqəni təmin edib.
G qrupunu Serbiya ikinci, Macarıstan isə birinci yerdə bitirib.
Serbiya – Bolqarıstan 2:2
Qollar: Velkoviç 17, Babiç 82 – Rusev 59, Despodov 69