Bu gün daha 4 komanda istəyinə çatacaq? - AVRO-2024

18 Noyabr 2023 15:20 Avropa çempionatı 430
Bu gün daha 4 komanda istəyinə çatacaq? - AVRO-2024

AVRO-2024-ün seçmə mərhələsində IX tura bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, daha 3 qrupda ümumilikdə 7 oyun keçiriləcək.

4 komanda son tur ərəfəsində final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. B qrupunda Niderland evdə İrlandiyadan 3 xal alarsa, hədəfinə çatacaq.

D qrupunda Uels və Latviyanın qalibiyyəti təqdirində birincilər final mərhələsində iştirak hüququna yiyələnəcəklər.

İ qrupunda isə Rumıniya İsrailə uduzmasa, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazanacaqlar.

Fransa və Türkiyə final mərhələsinə vəsiqəni öncədən təmin ediblər.

18 noyabr

B qrupu
23:45. Fransa – Cəbəllütariq
23:45. Niderland – İrlandiya
Xal durumu: Fransa – 18, Niderland – 12, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq – 0.

D qrupu
18:00. Ermənistan – Uels
21:00. Latviya – Xorvatiya
Xal durumu: Türkiyə -16, Uels – 10, Xorvatiya – 10, Ermənistan – 7, Latviya – 3.

İ qrupu
21:00. Belarus – Andorra
23:45. İsrail – Rumıniya
23:45. İsveçrə - Kosovo
Xal durumu: İsveçrə - 16, Rumıniya – 16, İsrail – 12, Kosovo – 10, Belarus – 6, Andorra - 2.

Digər Xəbərlər
Xəbər Lenti